- Baxış sayı: 22
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Bu gün müasir futbolun ən böyük simalarından biri, “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun 41 yaşı tamam olur.
Allsport.az xəbər verir ki, ulduz futbolçunun doğum günü münasibətilə keçmiş klubu “Mançester Yunayted” başda olmaqla, futbol dünyasının bir çox tanınmış simaları və klubları təbrik mesajları yayımlayıblar.
1985-ci ildə Madeyra adasında anadan olan Ronaldu zəngin karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi nəhənglərin köynəyini geyinib.
Onun karyerasına dair bəzi inanılmaz göstəricilər:
Hazırda 41 yaşı olmasına baxmayaraq yüksək fiziki formasını qoruyan portuqaliyalı ulduzun əsas hədəfi karyerası ərzində 1000-ci qol həddinə çatmaq və 2026-cı il dünya çempionatında iştirak etməkdir.