Kuba prezidentindən Azərbaycan boksçusu ilə bağlı paylaşım

Migel Dias-Kanel Bermudes – Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024-də ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Ölkə başçısı, kubalı boksçu Xulio Sesar la Krus üzərində xal hesabı ilə qalib gələn təmsilçimizin açıqlamasını dürüst, ləyaqətli və təsiredici ilduğunu deyib: “Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.

Xatırladaq ki, o, 2-qat olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan