- Baxış sayı: 75
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

“Real Madrid”in qapıçısı Tibo Kurtua Fransanın ikinci divizionunda çıxış edən “Le Man” klubunun səhmdarlarından biri olub.
Allsport.az xəbər verir ki, 33 yaşlı belçikalı qolkiper özünə məxsus “Nxt play” investisiya şirkəti vasitəsilə Fransa təmsilçisinin yeni layihəsinə sərmayə qoyaraq klubun ortaqları sırasına qoşulub.
Ötən ilin yayında məşhur tennisçi Novak Cokoviç, həmçinin tanınmış pilotlar Felipe Massa və Kevin Maqnussenin də yer aldığı Braziliyanın “Out Field” fondu “Le Man”da pay sahibi olmuşdu. Bu həftə isə həmin fond klubun nəzarət paketini əldə edərək majoritar səhmdara çevrilib. Kurtua da məhz bu qrupun tərkibində klubun idarəçiliyində iştirak edəcək.
“Le Man” komandası hazırda liqa 2-də keçirdiyi 23 turdan sonra turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və elitaya yüksəlmək uğrunda mübarizəni davam etdirir.