- Baxış sayı: 31
- 23 Mart 2026 15:55
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Almaniyanın “Köln” klubu baş məşqçisi Lukas Kvasniok və köməkçisi Frank Kaspari ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, buna komandanın bundesliqadakı uğursuz çıxışı səbəb olub.
Martın 21-də doğma meydanda “Borussiya” (Münhenqladbax) ilə heç-heçə (3:3) edən “keçilər” ardıcıl 7 oyundur qələbə qazana bilmirlər. Hazırda 27 turdan sonra aktivində 26 xalı olan “Köln” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Məlumata görə, komandaya müvəqqəti olaraq Rene Vaqner rəhbərlik edəcək.