- Baxış sayı: 30
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 83
- Dekabr 05, 2025
- 0

Kontinental xokkey liqası rəsmi saytında qarşıdan gələn 2025/2026-cı il mövsümünün təqvimini dərc edib.
Allsport.az xəbər verir ki, KXL-nin 18-ci mövsümü sentyabrın 5-i Qaqarin kubokunun hazırkı sahibi “Lokomotiv” və finalçı “Traktor” arasında açılış kuboku matçı ilə başlayacaq. Müntəzəm gələn ilin martın 20-dək davam edəcək. Yarış 182 oyun günü və 748 matçdan ibarət olacaq.
Komandalar 68 qarşılaşma keçirəcək və oyun günlərinin ümumi sayı tarixdə ikinci ən böyük olacaq – 182. Çempionatın startından birinci fasiləyə qədər komandalar ardıcıl 94 oyun günü keçirəcək və gündə orta hesabla qarşılaşma sayı tarixdə ən aşağı olacaq – 4,11.
Pley-off mərhələsi gələn il martın 23-dən mayın 23-dək keçiriləcək. Birinci mərhələ konfranslar çərçivəsində standart sxemə əsasən, ikinci turdan isə kross-formatdır.