- Baxış sayı: 70
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0
Tiflisdə kyokuşinkay və şinkyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimiz çempionatda 5 medal qazanıblar.
Ustalar arasında 75 kq-da Səlahət Həsənov qızıl medala sahib çıxıb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) bürünc mükafata yiyələniblər. Gənclərdə Kərim Kərimov (60 kq) 2-ci yer tutub.
Çempionatda hakimlərimiz – Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.