- Baxış sayı: 144
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 164
- Dekabr 18, 2024
- 0
Qadınların ölkə çempionatında ilk dəfə medal qazanan Ləman Hacıyeva açıqlama verib. Allsport.az saytı xəbər verir ki, karyerasında ilk dəfə gümüş mükafaya yiyələnən 19 yaşlı şahmatçı, nəticənin onun üçün gözlənilməz olmadığını söyləyib: “Əvvəllər ölkə çempionatında dəfələrlə iştirak etmişəm. Amma mükafatçılar sırasında yer almamışam. İlk dəfə gümüş medal qazandığım üçün çox sevincliyəm.
Seçmə turnirdə qalib olandan sonra Azərbaycan çempionatında uğurlu çıxış etmək üçün çalışırdım. İlk turda ağ fiqurlarla Xanım Balacayeva uduzmağıma baxmayaraq toparlanmağı bacardım. Sonrakı turlarda çox yaxşı oyunlar sərgilədim. 5-ci turda gələcək çempion Gövhər Beydullayeva ilə maraqlı mübarizəmiz oldu. Həmin partiyada qazandığım qələbə məni daha həvəsləndirdi. Gümüş medal qazanmağım mənə görə gözlənilməz olmadı.
Azərbaycan çempionatında qazandığım gümüş medal gələcək karyeramda üzərimdə daha çox işləməyə məcbur edəcək. Reytinqimi artırmalıyam. Daha sonra qadınlardan ibarət əsas yığmada çıxış etmək istərdim. Əlbəttə bunun üçün çox işləməliyəm”.