“Landau” 3-cü şahmat festivalı

“Landau” təhsil kompleksində yeniyetmələr arasında 3-cü şahmat festivalının açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə AŞF-in prezidenti Mahir Məmmədov və adı çəkilən məktəbin idarə heyətinin üzvü Timur Leznik çıxış ediblər.

Sonra 1-ci turun oyunlarına start verilib. Yarışın baş hakimi Elşad Abdullayevdir. İyulun 20-də başa çatacaq turnir 8,10,12 yaşadək oğlan və qızlar arasında – 3 müxtəlif yaş qruplarında keçirilir.

Reqlamentə əsasən, İsveçrə sistemi ilə təşkil olunan yarış 8 turdan ibarətdir.
Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk 3 yeri tutan iştirakçılar diplomlarla və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan