- Baxış sayı: 41
- 20 Fevral 2026 21:57
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna Levandovska sağlam qida layihəsi olan “Supermenu”dakı payını satdığını açıqlayıb.
Allsport.az xəbər verir ki, karate üzrə keçmiş dünya çempionu biznesin gözlənilən gəliri gətirmədiyi üçün bu qərarı verdiyini bildirib.
O, bütün layihələrini şəxsi vəsaiti hesabına maliyyələşdirdiyini xüsusi vurğulayıb: “Pul haqqında danışmaqdan qorxmuram. Bütün vəsaitləri özüm qazanıram, həyat yoldaşım mənə maddi kömək etməyib”.
2013-cü ildən evli olan cütlüyün iki qızı var. 36 yaşlı Robert Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir.




