- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Şəhriyar Məmmədyarov, norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun “Airthings Masters” mərhələsində növbəti görüşünü keçirib.
Allsport.az saytı xəbər verir ki, 37 yaşlı qrossmeyster 11-ci turda ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız qara fiqurlarla oynayıb. 41-ci gedişdə tərəflər heç-heçəyə razılaşıb.
“Şah” 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.