- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Sentyabrın 8-də “Büllu saray”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının 6-cı turuna start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın 7-ci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva zala baxıb, şahmatçıların oyunlarını izləyib, FİDE prezidenti Kirsan İlümjinovla görüşüb. O, Norveç komandasının üzvü, dünya çempionu Maqnus Karlsen ilə fillipinli Xulio Katalino Sadorra ilə oyunda ilk gedişi edib.
Sonra Bakı Şahmat Olimpidasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 176 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Ardınca Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb. Məlumat verildi ki, Olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.