- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünya güləş birliyinin bürosu Tokio-2020 oyunlarına qalan seçmə yarışların tarixləri və ev sahibliyi edəcək şəhərlərin saxlanmasına qərar verib. Allsport.az saytı xəbər verir ki, qitələrarası ələmələr gələn ilin martında, “Son fürsət” gələn aprelin sonunda Bolqarıstan paytaxtı Sofiyada keçiriləcək.
UWW prezidenti Nenad Laloviç belə deyib: “Biz təqvimi beynəlxalq olimpiya komitəsi və Tokio-2020 ilə yeni tarixlərlə uyğunlaşdırmaq istəyirik. Həm də ev sahibliyini qəbul edən şəhərlər və əlaqədar milli federasiyalarla işimizi davam etdirməyimizi vacib sayırıq”.
Beləliklə, 30 iyuna qədər planlaşdırılan bütün tədbirlər təxirə salınıb. UWW eyni zamanda, idmançıların sağlamlığını təmin etmək üçün, milli federasiyalara bu tarizə qədər daxili yarışların ləğv etmələrini təklif edib. Qalan 2020-ci il təqvimi COVID-19 pandemiyasının durumuna görə tənzimlənəcək və yerli qurumların üzləşdikləri hər hansı maliyyə problemləri nəzərə alınacaq.