- Baxış sayı: 47
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Kəpəz” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Göyəzən” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 29-cu dəqiqəsində “Göyəzən”in futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Rəvan” matçında “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 45-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Lokomotiv” matçında “Lokomotiv” klubu matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydana 7 futbolçu ilə çıxıb. Oyunun gedişində “Lokomotiv” klubunun futbolçusu zədələnib və bununla da yetərsay təmin olunmayıb. Buna görə də “Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.