“Məğlub olmağa layiq idik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının premyer liqanın 10-cu turunda “Nyukasl”a məğlubiyyətindən (0:1) danışıb.

Allsport.az xəbər verir ki, ispan mütəxəssis komandasının oyunundan razı qalmayıb:

“Məğlub olmağa layiq idik. Oyuna əla başladıq və hətta üstün idik. Amma müdafiədə boşluq yaratdıq və rəqib bundan çox yaxşı istifadə etdi.

Qoldan sonra oyun dəyişdi, fərqli üslubda oynamalı olduq. Uyğunlaşmaq lazım idi, amma bacarmadıq.

Mikel Merino və Deklan Rays iki əla fürsəti qola çevirə bilmədilər. Oyunumuzdan razı qalmadım, rəqibi layiqli qələbə münasibətiylə təbrik edirəm.”

Həmin kateqoriyadan