“Məğlub olsaq da, oyundan və mübarizədən razıyam”

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyuna biz hakimlik edirdik. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da, məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odur ki, hakimlər diqqətli olsunlar, təkcə bizim oyunlarda yox, bütün oyunlarda”.

Həmin kateqoriyadan