“Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Belə bir oyunda məğlub olduq ki, bunu düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik. Viktor Mendinin cərimə meydançasında yıxıldığı zaman qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə, vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı. Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil. Mənim gətirdiyim oyunçular isə bu gün əsas heyətdə oynadılar və lazım gələni etdilər. Bizim qol epizodlarımız oldu. Əlbəttə ki, yaradılan epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar”.

Həmin kateqoriyadan