Məhəmməd Muradlı liderdir

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı “Dubai open 2024”də vahid lider olub.

Allsport.az xəbər verir ki, o, 5 turdan sonra 4,5 xal toplayıb.

Məhəmməd son oyunda Raunak Sadvaniyə (Hindistan) qalib gəlib. Azərbaycanı təmsil edən digər şahmatçılardan Rəvan Əliyevlə Gövhər Beydulayeva da turu maksimum nəticə ilə başa vurub. Eltac Səfərli, Gülnar Məmmədova və Günay Məmmədzadə məğlub olub, Xanım Balajayeva heç-heçə razıl olub.

Muradlı 6-cı turda 4 xala malik Yagiz Kaan Erdoğmuşla qarşılaşacaq.

Həmin kateqoriyadan