Məhəmməd Muradlı liderlərə qoşuldu

Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı open-2023” beynəlxalq şahmat festivalında 7-ci turun görüşləri yekunlaşıb.

“C” qrupunda 7 turdan sonra təmsilçimiz Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb.

Onunla eyni xala malik Türkiyə şahmatçısı Ayaz Zeyrek əlavə əmsallara görə ikinci yerdədir. Sonrakı yerlərdə 6 xalı olan şahmatçılarımız Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli eləcə də özbək Afruzbek Sobirov və həmyerlimiz Məmməd Məmmədzadə 3-7-ci yerlərdi bölüşür.

“B” qrupunda ilk pillələrdə Azərbaycan şahmatçıları dayanıb. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerlərdədir. Aktivində 6 xalı olan Gürcüstan şahmatçısı Akaki Qaliçava digər həmkarları ilə birgə 3-7-ci pillələrdədir.
“A” qrupunda liderlik uğrunda gərgin mübarizə davam edir. Gürcüstan şahmatçısı Tornike Sanikedze 6 xalla bütün həmkarlarını qabaqlayır. Hindistanlı Leon Mendonca və şahmatçımız Məhəmməd Muradlı (hərəyə 5,5 xal) liderdən yarım xal geri qalır.
X

Əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir. Festivalın mükafat fondu 55 000 dollar təşkil edir.

Həmin kateqoriyadan