Məhəmmədrəsul Məcidov üçün 3-qat dünya çempionu olmaq şansı

Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Allsport.az xəbər verir ki, budəfəki yarışda 73 ölkənin 260 boksçusu gücünü sınayacaq. Əvvəlki yarışlardan fərqli olaraq, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. Avropa oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar. “Əli Bin Həməd Əl Attiyah” arenada keçiriləcək dünya çempionatı Rio De Janeyro Olimpiadasına lisenziya xarakterlidir.

Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-ı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-i Afrikanı, 17-i isə Okeaniya qitəsini təmsil edir. Qətərdəki dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar.

Qeyd edək ki. Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək. 49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1-3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.

Həmin kateqoriyadan