- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Daşkənd “Böyük dəbilqə”sində daha bir cüdoçumuz bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, turnirin son günündə Məmmədəli Mehdiyev (90 kq) 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şərməhəmməd Candəreyevi məğlub edib.
Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.