Məmmədəli Mehdiyev: “Bütün gücümü bu sindromu qırmağa yönəldəcəyəm”

Cüdo millimizin 90 kq-da öncülü Məmmədəli Mehdiyev Çex Respublikasının paytaxtı Praqada keçirilmiş şəxsi Avropa çempionatında ilk medalını qazanıb. Düzdür, idmançımız 2016-cı ildə Qazanda da 3-cü yerə sevinmişdi. Amma onda bu, komanda yarışında baş vermişdi.

Məmmmədəli son uğurunda hesabına 350 lisenziya xalı da yazıb. Baxmayaraq ki, dünya sıralamasında 4309 xalla 5-ci yerdədir və bu mövqe ona Tokioya yollanmağa artıqlaması ilə imkan verir. Bakılı kimono ustası allsport.az saytına açıqlamasında sevincini bölüşüb:

“Yarışa yaxşı hazırlaşmışdım. Allaha çox şükür olsun, indiki çətin karantin durumunda medal qazana bildim. Hələ ki, öz çəkimdə bu növdə dünyada favorit olan Yaponiya idmancılarını uduram. Amma olimpiada elə bir mübarizə meydanıdır ki, orada yapon və ayrı ölkənin təmsilçisi cox güclü hazırlaşırlar. Belədə, bizim də hər məşqimiz ayrı-ayrı rəqiblərin üzərində qurulur.

Hazırda bir rəqibim mənə başağı verir. O, rusiyalı Mixail İqolnikovdur. Artıq neçənci dəfədir ardıcıl ona yenilirəm. Bütün gücümü bu sindromu qırmağa yönəldəcəyəm”.

Həmin kateqoriyadan