Məmmədəli Mehdiyev finala yüksəldi

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən “Böyük dəbilqə”də finala yüksəlib.

Allsport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. O, qızıl medal uğrunda Kosuke Maşiyama ilə üz-üzə gələcək.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Sven Heynle (Almaniya) ilə güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 6 cüdoçu isə medalsız qalıb.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov – Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Rüfət İsmayılov – Abderahman Diao (Seneqal)

1/4 final. Rüfət İsmayılov – Beka Gvinaşvili (Gürcüstan)

Təsəlliverici görüş: Rüfət İsmayılov – Erlan Şerov (Qırğızıstan)

1/8 final. Vüqar Talıbov – Nemanya Maydov (Serbiya)

1/4 final. Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)

Təsəlliverici görüş: Vüqar Talıbov – Goki Tajima (Yaponiya)

1/8 final. Məmmədəli Mehdiyev – Con Jayne (ABŞ)

1/4 final. Məmmədəli Mehdiyev – Goki Tajima (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev – Luka Maysuradze (Gürcüstan)

Final. Məmmədəli Mehdiyev – Kosuke Maşiyama (Yaponiya)

100 kq

1/8 final. Adil Kərimli – Yan Rayder (Kanada)

1/4 final. Adil Kərimli – Şadi Elnahas (Kanada)

Təsəlliverici görüş. Adil Kərimli – Zlatko Kumriç (Xorvatiya)

Bürünc medal uğrunda görüş: Adil Kərimli – Onise Seneblidze (Gürcüstan)

1/8 final. Kənan Abdullaxanlı – Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov – Tyaqo Palmini (Braziliya)

1/8 final. Camal Feyziyev – Tatsuru Sayto (Yaponiya

1/4 final. Uşangi Kokauri – Tatsuru Sayto (Yaponiya)

Təsəlli verici görüş: Uşangi Kokauri – Cemal Erdoğan (Türkiyə)

Bürünc medal uğrunda görüş: Uşangi Kokauri-Sven Heynle (Almaniya

Həmin kateqoriyadan