- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 171
- Fevral 06, 2026
- 0

Parisdə cüdoçuların “Böyük dəbilqə”si sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda 6 idmançımızdan 2-si fəxri kürsüyə çıxıb.
Yalnız finalda yenilən Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) gümüş medalla kifayətləniblər.
“A” qrupunda qalib olan Kəramət Hüseynov (60 kq), sonrakı 2 tutaşmada uduzaraq 5-ci olub.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.