- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycan şahmat federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib.
Allsport.az xəbər verir ki, tədbirdə 8,10,12,14,16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak edib. Bu dəfə uşaqlar üçqat Avropa çempionu, uzun illər Azərbaycan yığmasının şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüb.
Şahmata gəlişindən danışan qrossmeyster müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində Məmmədyarov uşaqlara müxtəlif tapşırıqlar verib və onların hazırladığı cavab variantlarını yoxlayıb.
Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudur. O həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridi.