- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 6-cı mərhələsinin iştirakçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, “The FTX Crypto Cup” adlandırılan bu mərhələdə Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da mübarizə aparacaqlar.
Onlarla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland), Dinq Liren (Çin) də turnirdə iştirak edəcəklər.
23-31 may aralığında keçiriləcək turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonus olacaq.
Teymur Rəcəbov ilk turda Hikaru Nakamuraya rəqib olub. Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək.