- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Yeni ildən etibarən paytaxtda yeni şahmat məktəbi fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, bütün dünyada şahmatçı ailəsi kimi tanınan Məmmədyarovlar paytaxtda, “Altes Plaza”da tədris ocağı açıblar.
Bu işdə təcrübəli pedaqoqlarla yanaşı, Zeynəb və Türkan Məmmədyarovalar özləri də yaxından iştirak edəcəklər. Şəhriyar Məmmədyarovun isə mütəmadi olaraq master-klass, seans və mühazirələr keçəcək.