- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bakı şəhər gənclər və idman baş idarəsi və “Məmmədyarovlar” şahmat məktəbinin birgə təşkilatçılığı, Azərbaycan şahmat federasiyasının dəstəyi ilə 5 mart – Bədən tərbiyəsi və idman gününə beynəlxalq reytinqli rapid üzrə turnir keçirildi.
Allsport.az saytı xəbər verir ki, 7 turdan ibarət yarışda 40-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıdı. Elmir Abbaszadə bütün partiyaları qələbə ilə başa vurdu. 2-ci yeri Atilla Cabbarlı, 3-cü sıranı Attila Orman tutdu.
Yarışın nəticələrinə görə, qızlar arasında ən yaxşı nəticəni Mədinə İmranlı göstərdi. Ayan Xəlilzadə 2-ci və Banu Ağazadə 3-cü oldu. Yekunda bütün iştirakçılara sertifikat, qaliblərə isə diplom və kubok təqdim edildi.
Yarışın bağlanış mərasimində baş idarənin rəisi Raqif Abbasov və Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak edərək, şahmarçılara uğurlar arzuladılar.
