- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”. Allsport.az saytı xəbər verir ki, bunu dünya şöhrətli şahmatç Şəhriyar Məmmədyarov öz Feysbuk səhifəsində yazıb. Əslən Zəngilandan olan 35 yaşlı qrossmeyster ordumuzun bu şəhəri də azad etməsinə sevinib: “Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, ali baş komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”
Onun sevincinə kiçik bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi qeyd edib: “Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin…”