- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Cüdo millimizin keçmiş baş məşqçisi Ruslan Maşurenko xsport.ua-ya müsahibə verib. Allsport.az saytı xəbər verir ki, ukraynalı həmkarımızla söhbətdə o, görülən işlərdən, tam tərkibdə vəsiqə qazanmalarından və Tokio-2020-də uğursuzluqdan danışıb:
“Biz qarşımıza 7 lisenziya qazanmaq hədəfi qoymuşduq və buna nail olduq. Federasiya, məşqçilər, idmançıların və bütün komanda tərəfindən böyük iş görülüb. Olimpiya lisenziyaları elə-belə qazanılmır. Fəaliyyətim 2018-ci ildə başlayıb. Müqavilə olimpiya tsiklinə nəzərdə tutulmuşdu. Pandemiya üzündən əlavə bir il işlədim. Bütün bu müddətdə, COVİD-19-la bağlı ən çətin problemlər olanda da, komandanın yanında idim.
Mən Azərbaycan millisində işə başlayanda, daxilində münasibətlərin yaxşı olmadığı komanda idi. Psixoloji iş çox vaxt və enerji apardı. Amma məşqçilər heyəti kollektivi birləşdirmək, yaxşı ab-hava yaratmağı bacardı və normal iş prosesi qurdu.
Bəli, bu faktı qəbul etmək lazımdır. Perspektivli cüdoçulardan ibarət bütöv bir nəslin olimpiadaya yüksəlməsi kimi müsbət təcrübə qazansaq da, bu qüvvəni medallara çevirə bilmədik. Cüdo federasiyası bizi hər şeylə təmin edir və hazırlıq üçün zəruri olan hər şeyin ən yaxşısına səy göstərirdi. Hər şey cüdonun aparıcı ölkələri – Yaponiya, Fransa və Rusiya səviyyəsində edilirdi.
Tokioda starta yaxın psixoloji gərginlik artdı və məşqçilər də, idmançılarda məsuliyyətin nəhəng yükünü hiss etdilər. Azərbaycan üçün cüdo aparıcı idman növlərindən biridir. Fikrimcə, start öncəsi həyəcan və bəzi bəxtsizlik öz sözünü dedi. Sonradan səbəbləri dərindən analiz etmək olar. Nəticələr çıxarmaq və səhvləri təkrarlamamaq lazımdır”.