- Baxış sayı: 138
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

İslam Mahaçev orta çəki dərəcəsində UFC çempionu, avstraliyalı Cek Della Maddalenaya qarşı titul uğrunda döyüşdən gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, daha əvvəl UFC prezidenti Dana Uayt Mahaçev və Maddalena arasında döyüşü təsdiqləmişdi. Kəmər uğrunda döyüşün tarixi hələ də təsdiqlənməkdədir.
“Mənim üçün çətin döyüş olacaq. Onun Belala (Məhəmməd) qarşı döyüşdüyünü gördüm. O, yaxşı adamdır, o yaxşıdır. İlk dəfə UFC-də döyüşməyə başlayanda güləşlə bağlı problemləri var idi. Amma indi o, bu bacarıqlarını təkmilləşdirib, çünki güləşçilər və qrapplerlərlə çox məşq edir. Məhz buna görə də Maddalena indi hər yerdə çempiondur”.
İslam Mahaçev 28 MMA döyüşü keçirib və 27 qələbə qazanıb. Cek Della Maddalenanın 20 döyüşdə 18 qələbəsi var.