- Baxış sayı: 69
- 02 Mart 2026 21:36
- Baxış sayı: 151
- Mart 22, 2026
- 0

İran Pro liqasında 7-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlıların sevimlisi “Traktor-Sazi” Təbrizdə Məşhədin eyni adlı komandası ilə qarşılaşıb. Üstün oynayan ev sahibləri rəqibinin qapısından 3 cavabsız top keçiriblər – 3:0.
Digər Təbriz klubu “Göstəriş” evdə “Fulad”la heç-heçə edib – 0:0. “Maşınsazi” səfərdə “Naft Tehran”a minimal hesabla uduzub – 1:2.
16 komandanın yer aldığı çempionatda hazırda “Traktorsazi” 15 xalla “Persopolis”lə 1-2-yerləri bölüşdürür. “Maşınsazi” 15-ci (6) və “Göstəriş” 16-cıdır (5).