«Məşqçilər heyəti «Xəzər Lənkaran»la görüşə bizi xüsusi kökləyib»

«Bakı» klubu ölkə çempionatının 16-cı turunda evdə «Xəzər Lənkaran»la üz-üzə gələcək. Allsport.az-ın məlumatına görə, «zolaqlılar» bu matçda yaxşı nəticəyə ümid edirlər.

«Ağ-göylər»in futbolçusu Vüqar Bəybalayev saytımıza açıqlamasında bildirib ki, qarşıya qoyulan məqsəd yaxşı oyun göstərib xal qazanmaqdır:

«Məşqçilər heyəti bizi bu görüşə xüsusi kökləyib. Motivasiyada əsas istiqamət meydana ikiqat istəklə çıxmağa yönəlib. Qarşımıza qoyulan məqsəd, baxımlı oyun nümayiş etdirməkdir. Belə olan halda, xallar da özü gələcək, inşallah».

Həmin kateqoriyadan