- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Oktyabrın 23-25-də Macarıstan paytaxtı Budapeştdə “Böyük dəbilqə” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda bizdən 17 cüdoçu qatılacaq.
Bunlar Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Feyziyevdir (+100 kq).
Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva (52 kq) qüvvələrini sınayacaqlar. Yarışda 80 ölkədən 624 tatami ustası iştirak edəcəklər.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.