- Baxış sayı: 145
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
Sloveniyada şəxsi Avropa çempionatında şahmatçılarımız uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, AŞF-in prezidenti Mahir Məmmədov komandalarımızın nailiyətlərini təqdir edib: “İlk növbədə şahmatçılarımızın ötən gün rəsmiləşdirdiyi uğuru qeyd etmək istərdim. Təmsilçilərimiz Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü.
Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə qərarlaşdı. İlk dəfə olaraq qitə çempionatında nəticələrinə əsasən 4 təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.
Üstəlik üç şahmatçımız fərdi normativləri yerinə yetirib. Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Abdulla karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Bununla yanaşı Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib”.