- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 100
- Noyabr 19, 2024
- 0
Şahmat federasiyasında qadınlardan ibarət millinin üzvləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AŞF prezidenti Mahir Məmmədov, son 2 mötəbər yaqrışın yekun nəticəsi barədə danışıb:
“Hindistanda ümumdünya şahmat olimpiadasında qadın şahmatçılardan ibarət yığma əzmkar mübarizə sərgilədi. Son turadək çempionluq fürsəti var idi. Millimizin mükafatçılardan kənarda qalması ədalətsiz nəticə oldu. Amma şahmatçılarımız gələcəkdə bizi böyük qələbələrə sevindirməyə hazır olduqlarını göstərdi.
Çex Respublikasında şəxsi Avropa çempionatında qazanılan medalları şahmatçılarımızın yüksək ustalığının və gərgin əməyinin nəticəsi kimi qiymətləndirirəm. Günay Məmmədzadə çempionluğa çox yaxın oldu, sonda gümüş medalla kifayətləndi. Ülviyyə Fətəliyeva Vətənə bürünc medalla qayıtdı. Bu nəticələr gələcəyə böyük ümidlə baxmağa imkan verir.
Hiss olunur ki, millimiz böyük qələbə ərəfəsindədir. Dövlətimiz daim şahmatçılara böyük diqqət göstərir. Azərbaycan şahmat federasiyası olaraq qadın şahmatçılarımıza gələcəkdə də lazımi şəraiti yaratmağa çalışacayıq. Eyni zamanda, mühüm əhəmiyyət kəsb edən turnirlərdə iştirakınız, məşqçi heyəti ilə hazırlığınız təmin olunacaq”.