Mahir Məmmədov ardıcıl 2-ci dəfə FİDE-nin vitse-prezidenti seçildi

Hindistanın Çennai şəhərində 44-cü ümumdünya şahmat olimpiadası çərçivəsində FİDE-nin konqresi keçirilir. Allsport.az saytı xəbər verir ki, ali şahmat qurumunda son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.

Namizədlərin çıxışlarından sonra, seçkilər keçirilib. Ən çox səs toplayan hazırkı prezident Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə işini davam etdirəcək.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov və Norveç şahmat federasiyasının prezidenti Joran Aulin-Jansson vitse-prezidenti seçiliblər.

Həmin kateqoriyadan