- Baxış sayı: 25
- 23 Mart 2026 11:16
- Baxış sayı: 323
- Mart 22, 2026
- 0

Zaqreb “Dinamo”su (Xorvatiya) çempionlar liqasının 3-cü təsnifatında evdə ilk oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, AEK klubu ilə görüş 2:1 qonaqların xeyrinə bitib.
Millinin hücumçusu Mahir Əmrəli 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb. Bu komandaların cavab matçı avqustun 19-da Yunanıstdanda keçiriləcək.
İk qarşılaşma avqustun 8-də Ellinlərdə olmalı idi. Lakin matçdan əvvəl azarkeşlər arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınmışdı.
Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə 105 nəfər saxlanılıb. UEFA hər 2 oyunun azarkeşsiz keçirilməsinə qərar verib.