“Mançester Yunayted” yetirməsini qaytarmaq istəyir

“Mançester Yunayted” 2022-ci ildən “Everton”da çıxış edən yetirməsi Ceyms Qarneri yenidən heyətinə qatmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunu satarkən müqaviləyə “geri alma hüququ” bəndini daxil etmədikləri üçün indi çətinliklə üzləşiblər.

“Everton” yanvarda müqaviləsini yenilədiyi 25 yaşlı yarımmüdafiəçi üçün minimum 58-63 milyon avro tələb edir. Hazırda Liverpul təmsilçisinin ən çox maaş alan oyunçularından biri olan Qarnerin klubla 2030-cu ilə qədər sözləşməsi var.

Ceyms Qarner bu mövsüm keçirdiyi 34 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Transfermarkt”dakı bazar dəyəri isə 35 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan