“Marca” Bakıda keçirilən Dünya Kubokundan nə yazıb?

Dünyanın ən nüfuzlu idman nəşrlərindən olan “Marca” Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku haqqında yazıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda İspaniyanı təmsil edən yeganə şahmatçı David Anton Guijarronun ilkin mərhələdə Rumıniya təmsilçisi Liviu Diter Nisipianuya məğlub olması təəssüflə qeyd edilir.

Azertac-in məlumatına görə, sonra yurnirin gedişi haqqında ətraflı məlumat verən həmkarlarımız, əsasən Latın Amerikalı şahmatçıların çıxışlarına diqqət ayırıb. Dünya Kubokunun əsas sensasiyalarından biri kimi İsrail şahmatçısı Boris Gelfandın Çili təmsilçisi Kristobal Enrikez tərəfindən məğlub edilməsi göstərilir.

Həmin kateqoriyadan