- Baxış sayı: 32
- 02 Fevral 2026 14:47
- Baxış sayı: 90
- Fevral 02, 2026
- 0

“Çelsi”nin sabiq baş məşqçisi Enso Mareska “Lester”ə qayıda bilər. Allsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin hazırda çempionşipdə mübarizə aparan keçmiş komandası ilə danışıqlara başladığı bildirilir.
“Tülkülər” italiyalı baş məşqçiyə mövsümün sonunadək nəzərdə tutulan qısamüddətli müqavilə təklif ediblər.
Mareskanın rəhbərliyi altında “Lester” 2023/2024-cü illər mövsümündə çempionşipin qalibi olaraq premyer liqaya yüksəlmişdi. Lakin komanda hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və yanvarın 25-də baş məşqçi Marti Sifuenteslə yolunu ayırıb.