- Baxış sayı: 58
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 102
- Noyabr 19, 2024
- 0
Şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə yurda dönüb. Allsport.az saytı xəbər verir ki, tarix yazan şahmatçımız təəssüratını bölüşüb: “Avropa çempionatında medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım.
Hindistanda 44-cü şahmat olimpiadasından sonra, digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən yarım xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam.
Mənim üçün qalib olan Monika Soçko ilə partiya çətin oldu. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl 2 erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qazandığım qələbə gümüş medalı qazanmağımda rol oynadı”.
Şahmatçı növbəti yarışının bu ay Şuşada keçiriləcək beynəlxalq şahmat turniri olacağını qeyd edib: “Bu yarışda iştirak etmək çox həyəcanverici, inanılmaz hissdir. İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur.
2-10 oktyabrda isə Avstriyanın Mayrhofen şəhərində klublararası Avropa çempionatı keçiriləcək. İnanıram ki, oradan da qələbə ilə Vətənə geri dönəcəyik. Əsas məqsədim Dünya Kubokunda yer tutaraq İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir”.