Mariya Stadnik: Rio-2016-da qazandığım nəticə heç cür razı qala bilmərəm

Qadın güləş millimizin öndəri Mariya Stadnik (48 kq) Hindistan mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, bu ölkənin “Dehli Sultanları” klubunun şərəfini qoruyan 29 yaşlı idmançı olimpiya oyunlarında çıxışından danışıb.

“Pekin-2008-də ilk olimpiya mükafatına yiyələndim. O zaman gənc olduğum üçün, bu oyunlar mənə böyük təcrübə idi. Uğurumdan razı qalmışdım. Ana olduqdan sonra London-2012-də sahibləndiyim gümüş medaldan çox razı qaldım. Çünki həmi vaxt gücümə o qədər də inanmırdım.

Rio olimpiadasına yaxşı hazırlaşmışdım, zirvə nöqtədəydim. Bu üzdən, son nəticə heç cür razı qala bilmərəm. Baxmayaraq ki, hər idmançı ardıcıl 2 dəfə final həyacanı yaşamır”.

Həmin kateqoriyadan