- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Rio Yay Olimpiya Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulublar. Allsport.az saytı xəbər verir ki, qızıl medala ümidlilərimizdən sayılan Mariya Stadnik (48 kq) 1/8 finalda argentinalı Patrisia Bermudesi, sonra polşanı İvana Matkovskanı üstələyib. Yarımfinalda Elitsa Atanasova da onunla bacarmayıb. Həlledici görüşdə güləşçimiz ötən il ABŞ-da keçirilən dünya çempionatında finalda uduzduğu Eri Tosaka (Yaponiya) ilə qarşılaşıb. Sona 3 saniyə qalmış Mariya öndə olsa da, sonda qələbəni əldən verib.
Digər mükafat qazanma ehtimalı olan Yuliya Ratkeviç (58 kq) 1/8 final mərhələsində ukraynalı Oksana Herhelli həyacan dolu tutaşmada qalib gəlib. Növbəti mücadilədə asanlıqla kolumbiyalı Jaklin Penterianı məyus edib. Yarımfinalda 3-qat olimpiya və 10-qat dünya çempionu yaponiyalı Kaori İço ona göz açmaga imkan verməyib. Bürünc medal uğrunda mübarizədə təmsilçimiz Mərva Əmri ilə görüşüb. Yuliya hesabda üstün olsa da, sona 4 saniyə qalmış məğlubiyyətlə barışıb.
48 kq
FİNAL – Eri Tosaka (JPN) – Mariya Stadnik 3:2
1/2 final – Mariya Stadnik – Elitsa Atanasova Yankova (BUL) 6:0 (tuşe)
1/4 final – Mariya Stadnik – İwona Nina Matkowska POL) 10:0
1/8 final – Mariya Stadnik – Patricia Alejandra Bermudez (ARG) 10:0 (48 san.)
58 kq
Bürünc medal görüşü – Mərva Əmri (TUN) – Yuliya Ratkeviç 6:3
1/2 final – Kaori İço (JPN) – Yuliya Ratkeviç 10:0
1/4 final – Jackeline Renteria Castillo (COL) – Yuliya Ratkeviç 3:7
1/8 final – Oksana Herhel (UKR) – Yuliya Ratkeviç 5:7