- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Gələn ay İslandiya paytaxtı Reykyavikdə şahmatçıların komandalararası Avropa çempionatı keçiriləcək. Allsport.az saytının məlumatına görə, qarşısına 1-ci yeri hədəf qoyan Rusiya millisi, zirvə yolunda əsas rəqiblərindən birini Azərbaycanı görür.
Şimal qonşumuzun Şahmat Federasiyasının İdarə Heyətinin başçısı Mark Qluxovski deyib ki, heyətdə Aleksandr Qrişuk, Yevgeni Tomaşevski, Pyotr Scidler, Dmitri Yakovenko və Yan Nepomnyaşi yer alacaq:
«Xeyli müddətdir qalib ola bilmirik. Əsas rəqiblərimiz bəllidir: Azərbaycan, Ermənistan, Ukrayna, Almaniya, Macarıstan, İngiltərə və Fransa seçmə komandalarıdır».