- Baxış sayı: 20
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“İnter”in hücumçusu Lautaro Martines İtaliya çempionatının 10-cu turunda “Empoli” ilə qarşılaşmada (3:0) qol vurub.
Allsport.az xəbər verir ki, 27 yaşlı argentinalı 79-cu dəqiqədə fərqlənərək Milan təmsilçisinin heyətində qollarının sayını 134-ə çatdırıb.
2018-ci ildən “İnter”də çıxış edən Lautaro əcnəbi futbolçular arasında klub tarixinin bombardiri olub. Bundan əvvəlki rekord 1948-1954-cü illərdə “neradzurri”nin heyətində 133 qol vuran macar İştvan Nyerşə məxsus idi.