Mbappe keçmiş klubunun səhmdarı olmaq istəyib

“Real”ın hücumçusu Kilyan Mbappe “Monako”nun səhmlərini almaq istəyib.
Allsport.az xəbər verir ki, fransalı ulduz futoblçu ilin əvvəlində özünün “Coalition capital” investisiya fondu vasitəsilə klubun payını almaqla “knyazlıq” klubunun səhmdarı olmaq istəyib.
Bildirilir ki, Mbappe tələb olunan məbləğin çox yüksək olduğu üçün bu fikirdən dönüb. O, daha sonra “Kan” klubunun səhmlərinin 80%-ni alıb.

Kilyan 2015-2018-ci illərdə “Monako”da çıxış edib.

Həmin kateqoriyadan