- Baxış sayı: 34
- 04 Fevral 2026 21:46
- Baxış sayı: 169
- Fevral 04, 2026
- 0

Argentinanın “Nyuells Old Boyz” klubunun vitse-prezidenti Xuan Manuel Medina ulduz futbolçu Lionel Messinin transferi ilə bağlı danışıqlara başladıqlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, klub rəsmisi 38 yaşlı hücumçunu 2027-ci ilin yanvarında heyətə qatmağı planlaşdırdıqlarını bildirib: “Biz Leonun 2027-ci ilin ilk yarısında doğma klubunda oynaması üçün çalışırıq. Bu, təkcə bizim deyil, bütün Rosario şəhərinin və Argentina futbolunun layihəsidir”.
Medina qeyd edib ki, transferin reallaşması klubun təqdim edəcəyi infrastruktur və idman proqramından asılı olacaq. Hazırda “İnter Mayami”də çıxış edən Messinin müqaviləsi 2025-ci ilin sonunda başa çatsa da, tərəflərin onu daha bir il müddətinə uzadacağı gözlənilir.