“Milan”dan uğurlu göstərici

“Milan” “A” seriyasının 23-cü turunda səfərdə “Bolonya”ya 3:0 hesabı ilə qalib gələrək tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, qələbə qollarını Ruben Loftus-Çik, Kristofer Nkunku və Adrien Rabyo vurublar. Bu nəticə ilə “rossoneri” məğlubiyyətsizlik sıralamasını 22 oyuna çatdırıb.

Komanda cari mövsümdə yalnız avqustda keçirilən ilk turda məğlub olub.

“Milan” 1992/93-cü illər mövsümündən bəri ilk dəfədir ki, bir mövsüm daxilində ardıcıl 22 oyunda meydanı xalsız tərk etmir. Hazırda turnir cədvəlində 50 xalla 2-ci pillədə qərarlaşan milanlılar lider “İnter”i izləməyə davam edirlər.

Həmin kateqoriyadan