- Baxış sayı: 167
- 31 İyul 2024 21:34
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
“Milli atüstü oyunlara çox böyük marağım var. Eşidəndə ki, Şəkidə Prezident Kuboku uğrunda çövkən oyunu keçirilir, çox sevindim. Oyunları izləmək üçün böyük həvəslə Balakəndən bura gəldim. Sevinirəm ki, yubiley yarışında Balakən komandası da iştirak edir”.
Allsport.az xəbər verir ki, bu sözləri Balakən rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyev AZƏRTAC-a müsahibəsində deyib.
Milli atüstü oyunların keçirilməsinin çox yaxşı ənənə olduğunu vurğulayan Balakən ziyalısı daha sonra deyib: “Çövkən oyunu milli mentalitetimizi, adət-ənənələrimizi yaşadan, gənclərin milli qürurunun inkişafına böyük təsir edən bir yarışdır. Çövkən həqiqətən də çox çətin bir oyundur, oyunçudan dözüm, güc, qabiliyyət, bacarıq tələb edir. Bölgəmizdə belə bir Atçılıq Mərkəzinin yaradılması bizi çox sevindirir. Bu yarışların keçirilməsi dövlətimizin milli oyunlarımıza, adət-ənənələrimizə göstərdiyi qayğının bariz nümunısidir. Buna görə də, Prezidentimizə minnətdarlığımızı bildiririk”.