Şahmat olimpiadası ilə bağlı məsələlər müzakirə edilib

10-23 sentyabrda Macarıstanda ümumdünya şahmat olimpiadasında iştirak edəcək kişi şahmat millisi ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və kapitan Teymur Rəcəbov iştirak ediblər. Ölkə xaricində olan Rauf Məmmədov toplantıya videobağlantı vasitəsilə qoşulub.

Olimpiadaya hazırlığın gedişatı və son yarışlardakı nəticələrlə maraqlanan Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, təlim-məşqlərlə bağlı bundan sonra da milli komandaya lazımi şəraitin yaradılacağını bildirib. Söhbət zamanı fərdi qaydada hazırlaşan şahmatçıların fikirləri dinlənilib, olimpiadayla bağlı mühüm məsələlər müzakirə edilib.

Həmin kateqoriyadan